Bu gün Topaz Premyer Liqasında 3-cü tura start veriləcək

Bu gün Topaz Premyer Liqasında 3-cü tura start veriləcək

Bu gün Topaz Premyer Liqasında üçüncü tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turun açılış matçı “İnter Arena”da oynanılacaq. “İnter” “Səbail”i sınağa çəkəcək. Ötən mövsümün bürünc mükafatçısı olan Zaur Svanadzenin komandası cari çempionatda hələ ki xala həsrətdir. “Səbail” isə ötən tur “Neftçi” üzərində qələbə qazanmaqla diqqətləri üzərinə çəkib.

Günün ikinci matçında isə ilk 2 turda xalsız qalan 2 kollektiv “Bakcell Arena”da uğursuzluq zolağına son qoymağa çalışacaq. “Neftçi” “Kəpəz”i sınağa çəkəcək ki, bu, “ağ-qaralar”ın Elxan Abdullayevin gedişindən sonra ilk matçı olacaq.

Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.

Topaz Premyer Liqası

III tur

25 avqust (cümə)


18:00. “İnter” - “Səbail”
Hakimlər:
İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
“İnter Arena”

20:30. “Neftçi” - “Kəpəz”
Hakimlər:
Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
“Bakcell Arena”

26 avqust (şənbə)

18:00. “Zirə” - “Sumqayıt”
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

20:30. “Qarabağ” - “Qəbələ”
Hakimlər:
Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
“Azersun Arena”

N Klublar O Q H M T-F X
1 Zirə 2 2 0 0 5-1 6
2 Qarabağ 2 2 0 0 4-1 6
3 Qəbələ 2 2 0 0 3-1 6
4 Sumqayıt 2 1 0 1 2-2 3
5 Səbail 2 1 0 1 2-2 3
6 İnter 2 0 0 2 1-3 0
7 Neftçi 2 0 0 2 1-4 0
8 Kəpız 2 0 0 2 1-5 0

Bütün xəbərlər Facebook səhifəmizdə