"Qarabağ" reytinqdə 8 pillə irəliləyib

"Qarabağ" reytinqdə 8 pillə irəliləyib

Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda ÇL-in qrup mərhələsinə ilk dəfə yüksələn "Qarabağ" 8 pillə irəliləyib.

Belə ki, 8.500 xalı olan Ağdam təmsilçisi 67-ci pillədə qərarlaşıb. Azərbaycan çempionu “Milan”, “Betis”, “Real-Sosyedad”, BATE, “Trabzonspor”, “Yanq Boyz” , Zaqreb “Dinamo”su və “Slovan”ı arxada qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə