“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 avqust 2017-ci il tarixdə Oğuz rayonunda keçirilmişdir. Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Təhsil şöbəsinin müdiri Elçin Kərimov, Rayon Cənclər və İdman İdarəsinin rəisi müavini Şaiq Rüstəmov və layihənin kordinatoru Kərim Ağayev iştirak etdilər.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış etdilər. İlk növbədə onlar Qarabağ Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə bağlı əldə olunan qələbənin əhəmiyyətini qeyd etdilər. Vurğulandı ki, bu tarixi hadisə Azərbaycanda futbolun inkişafına böyük təsir göstərəcəkdir. Daha sonra bildirildi ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB