Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan klubla yeni sazişə imza atıb. SİA-nın məlumatına görə, fransalı mütəxəssis klubdan düşünmək üçün ona vaxt verilməsini istəməyib. Zidanın məvacibi 4,35 milyon avrodan 8 milyon avroya qədər artırılıb.
Qeyd edək ki, Zidan 2016-ci ildən "Real"ı çalışdırır. O, bu müddət ərzində klubla Çempionlar Liqasını (2 dəfə), həmçinin İspaniya çempionatını, UEFA Superkubokunu (2) və Klublararası Dünya Çempionatını (2) qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB