"İstanbul Başakşehir” “Qarabağ”ı təbrik edib

"İstanbul Başakşehir” “Qarabağ”ı təbrik edib

Türkiyənin “İstanbul Başakşehir” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunu təbrik edib. SİA-nın məlumatına görə, Türkiyə klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb.

Klubun “Facebook”dakı rəsmi səhifəsində yer alan təbrikdə qeyd olunub: “Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!”. Səhifədə “Kopenhagen”-“Qarabağ” oyununda əllərində Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqlarını tutan azarkeşlərimizin fotosu da yerləşdirilib.

“Qarabağ” komandası səfərdə Danimarkanın “Kopenhagen” komandasına 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk oyunda qazandığı minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə