Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda tanınmış idmançımız, kikboksçu Zabit Səmədov ilə hollandiyalı Errol Tsimmerman arasında revanş görüşü keçirilib.
SİA-nın məlumatına görə, Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilmiş beynəlxalq turnir çərçivəsində təşkil edilən döyüşdə Z.Səmədov “Sümükqıran” ləqəbli rəqibi üzərində qələbə qazanıb.
2008-ci ildə K-1 idmanı üzrə keçirilmiş yarışda hakimlər qələbəni minimal xal üstünlüyü ilə Hollandiya idmançısına vermişdi.
Bu görüşədək aktivində 107 döyüş olan Zabit Səmədov onlardan 97-də qələbə qazanıb, bir qarşılaşmada isə heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB