Bu gün ÇL-in qrup mərhələsinin püşkatması keçiriləcək

Bu gün ÇL-in qrup mərhələsinin püşkatması keçiriləcək

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması keçiriləcək. SİA-nın məlumatına görə, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da Monako şəhərində təşkil ediləcək. Püşkatmada 32 komanda yer alacaq. 22 komanda qruplara birbaşa vəsiqə əldə edib. 10 komanda isə turnirə pley-off mərhələsini adladıqdan sonra qoşulub. Komandalar 4 səbətə bölünəcək və 8 qrup müəyyənləşəcək. Bir komanda öz səbətində yer alan və öz ölkəsini təmsil edən klubla qarşılaşa bilməz.

Qrup oyunlarının ilk turu 12-13 sentyabr tarixlərində keçiriləcək.

“Qarabağ” püşkatmada 4-cü səbətdə yer alıb.

Çempionlar Liqasının qrup mərhələsinin səbətləri

I səbət

“Real”

“Bavariya”
“Çelsi”
“Yuventus”
“Benfika”
“Monako”
“Spartak” (Moskva)
“Şaxtyor” (Donetsk)

II səbət
“Barselona”
“Atletiko”
PSJ
“Borussiya” (Dortmund)
“Sevilya”
“Mançester Siti”
“Portu”
“Mançester Yunayted”

III səbət
“Napoli”
“Tottenhem”
“Bazel”
“Olimpiakos”
“Anderlext”
“Roma”
“Beşiktaş”
“Liverpul”

IV səbət
“Seltik”
“Qarabağ”
APOEL
“Sportinq”
ÇSKA (Moskva)
“Feyenord”
“Maribor”
“Leyptsiq”

Bütün xəbərlər Facebook səhifəmizdə