"Qarabağ" tarix yazdı - ÇL-in qrup mərhələsinə yüksəldi

"Qarabağ" tarix yazdı - ÇL-in qrup mərhələsinə yüksəldi

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” Danimarkanın “Kopenhagen” klubu ilə həlledici qarşılaşmaya çıxıb. SİA-nın məlumatına görə, Qurban Qurbanovun komandası Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb.

Oyunun 41+1-ci dəqiqəsində rəqib futbolçu Federiko Santander hesabı açıb. Matçın 63-cü dəqiqəsində isə Dino Ndlovu bərbərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Pavloviç Danimarka təmsilçisini önə çıxarıb. Oyun bu hesabla da başa çatıb.

"Kopenhagen" öz meydanında 2:1 hesablı qələbə qazansa da, komandamız ümumi hesabda üstün olaraq qrup mərhələsinə yüksəlib. Bu nəticə ilə Ağdam təmsilçisi Azərbaycan futbol tarixində ilkə imza atıb.

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Alberto Undiano Malyenko, onun köməkçiləri isə Roberto Alonso və Raul Kabanero olub.

Heyətləri nəzərinizə çatdırırıq:

"Kopenhagen": 25. Robin Olsen 3. Pyer Benqtsson,, 6. Uilyam Kvist (k), 7. Benjamin Verbiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner

Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 24. Yussef Tutu, 28. Pieros Sotiriou, 32. Danni Amankva

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye (Əfran İsmayılov, 11, Rəşad Sadıqov, 80), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14 Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

Bütün xəbərlər Facebook səhifəmizdə