İspaniya Superkubokunun “Barselona” ilə keçirilən ilk matçında hakimi itələdiyinə görə 5 oyunluq cəzalandırılan “Real”ın futbolçusu Kriştiano Ronaldonun sanksiyası qüvvədə qalıb.
SİA-nın məlumatına görə, Ronaldo bununla bağlı sosial şəbəkədə status paylaşıb: “Növbəti ədalətsiz qərar. Ədalətsizlik heç vaxt mənim üzərimdə üstünlük əldə edə bilməyəcək. Həmişə olduğu kimi, daha güclü qayıdacağam. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildən “Real”ın formasını geyinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB