"Barselona" Neymardan 8,5 milyon avro tələb edir

"Barselona" Neymardan 8,5 milyon avro tələb edir

İspaniyanın "Barselona" klubu bir müddət öncə Fransanın PSJ klubuna transfer olunan sabiq hücumçusu Neymarı məhkəməyə verib. SİA-nın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniya nəhəngi Neymarın aralarında bağlanmış müqavilədə yer alan 8,5 milyon avro məbləğindəki bonusu ödəməsini tələb edir. "Barselona" bunun üçün bütün hüquqi vasitələrdən istifadə olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, "Barselona" Neymarı buraxmaqda maraqlı olmasa da, braziliyalı futbolçu sərbəst qalması üçün tələb olunan 222 milyon avronu ödəməklə azad agentə çevrildi və PSJ ilə müqavilə imzaladı.

Bütün xəbərlər Facebook səhifəmizdə