Futbol üzrə Azərbaycanın I divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubu yoldaşlıq oyununda məğlub olub. SİA-nın məlumatına görə, “Azal Arena”da keçirilən matçda kollektivin rəqibi “Şüvəlan” komandası olub. Növbəti mövsümə hazırlaşan qusarlı futbolçular meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. “Şahdağ”ın heyətində yeganə qolu Elmar Yəhyabəyov vurub.
“Şahdağ” komandasının yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınaması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB