"Qalatasaray" bir müddətdi heyətinə qatmağa çalışdığı Arda Turanın transferi üçün növbəti addımlarını atmağa hazırlaşır. SİA-nın məlumatına görə, türklər yaxın günlərdə "Barselona" rəhbərliyi ilə yenidən bir araya gələrək transferi bitirmək istəyir.
"Barselona"nın baş məşqçisi Ernesto Valverde isə Ardaya oynamaq şansı vermir. Düzdür, "Betis"lə La Liqa matçında zədəlilərin çoxluğu səbəbindən türk futbolçunun adı "18-liy"ə daxil edilsə də, meydana çıxmayıb. Artıq Arda özü də "Barselona"da gələcəyinin olmadığını anlayır və "Qalatasaray"a dönməyə hazırlaşır.
"Qalatasaray" onu bir illik icarəyə götürmək istəyir və buna görə "Barselona"ya 3 milyon avro icarə haqqı, futbolçunun özünə 4 milyon avro maaş təklif edir. Hələ ki, anlaşma əldə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB