"Səbail”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

"Səbail”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib

"Səbail”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. SİA-nın məlumatına görə, bu, Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena”dır. Komandanın ev oyunlarını keçirməli olduğu Bayıl stadionunda hazırda təmir-bərpa işləri aparılır. "Səbail" "Dalğa Arena"dan Bayıl stadionunda təmir prosesi yekunlaşana və arena oyunların keçirilməsinə hazır olana qədər yararlanacaq.

Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasının ikinci turunda "Neftçi"ni "Dalğa Arena"da qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə