Runi Premyer Liqada 200-cü qolunu vurub

Runi Premyer Liqada 200-cü qolunu vurub

“Everton”un futbolçusu Ueyn Runi İngiltərə Premyer Liqasında 200-cü qolunu vurub. SİA-nın məlumatına görə, 31 yaşlı hücumçu yubiley qoluna Premyer Liqanın 2-ci turunda “Mançester Siti” ilə səfər oyununda imza atıb.

Runi 183 dəfə “Mançester Yunayted”, 17 dəfə isə “Everton”da rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Runi bu göstəricidə İngiltərədə 2-cidir. Birinci yerdə isə 260 qolla Alan Şirerdir.

Bütün xəbərlər Facebook səhifəmizdə