Dünya çempionatının ilk günündə 4 güləşçimiz mübarizə aparıb

Dünya çempionatının ilk günündə 4 güləşçimiz mübarizə aparıb

Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı keçirilir. İlk yarış günündə 71, 75, 85 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

SİA-nın məlumatına görə, 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov Peru və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Almaniya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşdə iştirak edən güləşçimiz burada Kuba idmançısı ilə qarşılaşmanı üstün tamamlayıb. İ.Abbasov bürünc medal uğrunda mübarizədə İran idmançısına məğlub olaraq mübarizəni dayandırıb.

Digər təmsilçilərimizdən 71 kiloqramda Rəsul Çunayev üçüncü təsəlliverici görüşdə İran güləşçisinə, Həsən Əliyev (75 kq) yaponiyalı rəqibinə, Orxan Nuriyev (98 kq) isə Fransa idmançısına məğlub olaraq mübarizəni dayandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə