Cüneyt Çakır “Styaua” - “Sportinq” oyununu idarə edəcək

Cüneyt Çakır “Styaua” - “Sportinq” oyununu idarə edəcək

Türkiyəli futbol hakimi Cüneyt Çakır UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb. UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, o, “Styaua” (Rumuniya) - “Sportinq” (Portuqaliya) cavab oyununu idarə edəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 23-ü Bakı vaxt ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə