AFFA prezidenti: “Milli komandamızdan qələbə gözləyirəm” - AÇIQLAMA
"Ən əsası odur ki, "Xəzər Lənkəran" – "Neftçi" matçı şəffaf, gözəl, fair-play qaydalarına uyğun keçirilsin". Bu barədə AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlıqama verib. SİA-nın məlumatına görə, o, "Xəzər Lənkəran"ın azarkeşlərinin yüksək səviyyəli olduqlarını, buna görə də ötən il Avropa seçmə oyunlarından birinin Lənkərana salındığını qeyd edib: "Bu ənənə davam edəcək. 2011-ci ildə də oyunlardan ən azı birini Lənkləranda keçirəcəyik ki, azarkeşlər yaxşı oyun görsünlər. İnanıram ki, ayın 25-də təşkil olunacaq Xəzər Lənkəran" – "Neftçi" matçı yüksək səviyyədə keçəcək".
Daha sonra millinin qarşıdan gələn oyunları barədə danışan AFFA prezidenti Avstriya və Türkiyə ilə matçlarda Azərbaycan yığmasından qələbə gözlədiyini bildirib: "Təbii ki, milli komandamızdan qələbə gözləyirəm. Komanda axırıncı məğlubiyyətdən öz dərsini götürüb. Baş məşqçi də, futbolçular da oyunlara ciddi hazırlaşırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB