Hafiz Məmmədov: “Nə qədər istəsəniz tənqid yaza bilərsiniz, amma təhqirə keçməyin” - MÜNASİBƏT

Hafiz Məmmədov: “Nə qədər istəsəniz tənqid yaza bilərsiniz, amma təhqirə keçməyin” - MÜNASİBƏT
"Baki" futbol klubunun prezidenti Hafiz Məmmədov futbolçu Mahmud Qurbanovla "Komanda" qəzeti arasında baş verən insidentlə bağlı jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, M.Qurbanovun mətbuata bu cür reaksiya verməməli olduğunu qeyd edib: "Mən həmin vaxtda ona sözümü demişdim. M.Qurbanovla "Komanda" qəzeti arasında olan olaya həmin gün reaksiya verildi. M. Qurbanovun hərəkətini qətiyyən dəstəkləmirəm. "Komanda"nın da M.Qurbanov haqqında yazılarını dəstəkləmirəm. Yəni hər iki tərəfi qınadım
Sizə sözüm odur ki, təhqir yazmayasınız. Nə qədər istəsəniz tənqid yaza bilərsiniz, amma təhqirə keçməyin.
Mahmud Qurbanovun Azərbaycan futbolunda çox gözəl dəsti-xətti var. Mən istərdim ki, "Komanda" qəzeti ilə Mahmud Qurbanov barışsınlar və bir də belə şeylər baş verməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə