Ramos 18 qırmızı vərəqə ilə antirekorda şərik çıxıb

Ramos 18 qırmızı vərəqə ilə antirekorda şərik çıxıb

Madird “Real”ının kapitanı Serxio Ramos ölkə çempionatının ilk turunda “Deportivo” ilə səfər matçında növbəti dəfə meydandan qovulub. SİA-nın məlumatına görə, ispan müdafiəçi aldığı 18-ci qırmızı vərəqə ilə La Liqa tarixində Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb.

Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Ramos karyerasını davam etdiridiyindən, qarşıdakı oyunlarda da qırmızı kart alıb "zirvə"ni ələ keçirəcəyi gözlənilir.

Qeyd edək ki, "Deportivo" - "Real" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə