Araz Abdullayev Kipr çempionatında ilk matçına çıxıb

Araz Abdullayev Kipr çempionatında ilk matçına çıxıb

Kipr çempionatında 2017/18 mövsümünə start verilib. SİA-nın məlumatına görə, azərbaycanlı futbolçu Araz Abdullayevin yenicə müqavilə imzaladığı "Anortosis" də ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Nea Salamis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 83-cü dəqiqədə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə