“Fənərbaxça” öz meydanında “Trabzonspor” ilə bacarmadı

“Fənərbaxça” öz meydanında “Trabzonspor” ilə bacarmadı

Futbol üzrə Türkiyə superliqasında 2-ci turun oyunları davam edir. Turun mərkəzi qarşılaşması İstanbulda olub. Burada “Fənərbaxça” əzəli rəqiblərindən olan “Trabzonspor”u qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Konyaspor” – “Gənclərbirliyi” matçı ilə yekun vurulacaq.
İki turdan sonra “Qalatasaray” 6 xalla liderdir. Kasımpaşa”, “Karabükspor” və “Beşiktaş” isə 4 xalla müvafiq olaraq sonrakı yerləri bölüşürlər.

20 avqust

“Kayserispor” – “Göztəpə” - 1:0
Qol
: Varela, 17.

“Antalyaspor” – “Akhisar” -2:2
Qollar:
Serjinyo, 5 (0:1), Karabulut, 18 (1:1), Maykon, 77 (2:1), Yumlu, 85 (2:2)

“Fənərbaxça” – “Trabzonspor” - 2:2
Qollar:
B.Yılmaz, 5 (0:1), A.Potuk, 45 (1:1) O.Şahan, 56 (1:2), Valbuena, 84-pen.(2:2)

21 avqust

22:45 “Konyaspor” – “Gənclərbirliyi”

Bütün xəbərlər Facebook səhifəmizdə