Ağır atletika üzrə milli komandamızın sabiq üzvü dünyasını dəyişib

Ağır atletika üzrə milli komandamızın sabiq üzvü dünyasını dəyişib

Azərbaycan ağır atletika üzrə milli komandasının sabiq üzvü, Olimpiya Oyunlarının (2004) bürünc medalçısı Veliçko Çolakov bu gün dünyasını dəyişib.

Qol.az-ın xəbərinə görə, bu haqda Bolqarıstan mətbuatı məlumat yayıb. Onun doğulduğu Smolyanka şəhərinin Tibbi Mərkəzindən məlumatı təsdiqləyiblər. 35 yaşlı idmançıya görə bu gün saat 10:20-də təcili təbii yardıma zəng olunub. Tibbi heyət qısa zamanda onu kömək etməyə gəlsə də, o, həmin vaxt artıq ölübmüş.

Veliçko Çolakovun son iki ildə ürəyində probleblər olduğu və dünyasını dəyişdiyi günə qədər müalicə aldığı bildirilir.

Veliçko Çolakov 2010-cu ildə Azərbaycan millsinə dəvət alıb. O, dopinq səbəbindən 4 illik cəzadan sonra Azərbaycan millisinin heyətində yalnız 2012 London Olimpiadasına yollanıb. 105 kq çəkili atlet burada da zədələndiyindən podiuma çaxa bilməmişdi. O, sonra yenidən Azərbaycana dönmək istəsə də, həmin dövr həmyerlisi olan baş məşqçi Zlatan Vanev Çolakovun idman üçün yaşlandığını əsas gətirərək buna əngəl olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə