Rövnəq Abdullayev: “Artıq Azərbaycanda yeni nəsil futbolçular yetişir” - AÇIQLAMA
"Məni sevindirən Azərbaycanda gənc futbolçuların ərsəyə gəlməsidir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib. O, gənclərin həm millidə, həm də klublarda parlamağa başladıqlarını vurğulayıb. AFFA prezidenti "Artıq Azərbaycanda yeni nəsil futbolçular yetişir", - deyə əlavə edib. R.Abdullayev gənc futbolçular yetişəndən sonra millinin seçiminin də artacağını və yığmamızın öz sözünü deyəcəyini qeyd edib. O, 2 il öncə qarşıya qoyulan proqramın – Azərbaycanda futbolun kütləviləşməsinə nail olmağa başladıqlarını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB