Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda dördüncü tur çərçivəsində öz meydanında “Slovan Liberets”i qəbul edib. Matç qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
K.Ağayevin adı komandasının darmadağın olduğu görüşün iştirak ərizəsinə daxil edilməyib. Qeyd edək ki, “Mlada Boleslav” 4 turdan sonra 1 xalla turnir cədvəlinon sonuncu - 16-cı pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB