“Everton” Siqurdssonu aldı

“Everton” futbol klubu növbəti transferini həyata keçirib. Komanda “Suonsi”nin yarımmüdafiəçisi Qyulfi Siqurdssonu transfer edib.

İyirmi yeddi yaşlı islandiyalı oyunçu ilə 2022-ci ilin iyununadək müqavilə imzalanıb.

Qeyd edək ki, bu transfer üçün “Everton” 45 milyon funt sterlinq təzminat ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə