Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"yə yeni mövsümdə ilk xalı qazandırıb. Report-un məlumatına görə, 27 yaşlı hücumçu III turun "Braunşveyq"lə səfər görüşündə fərqlənib.
O, 24-cü dəqiqədə hesabı açıb. Lakin "Aue" 2 dəqiqə sonra qapısından top buraxıb. Nəticədə Nazarovun komandası 1 xalla kifayətlənməli olub. Bununla da "Aue" 1 xalla 14-cü pilləyə yüksəlib. 5 xala malik "Braunşveyq" isə 5-ci pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB