Bu gün Premyer Liqada II tura start veriləcək

Bu gün Premyer Liqada II tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. Belə ki, turun ilk günündə iki qarşılaşma keçiriləcək. Turun açılış matçı “Dalğa Arena”da təşkil olunacaq. İlk turun uğursuzları Bakı derbisində qarşılaşacaq. Premyer Liqanın debütantı “Səbail” ölkənin ən titullu klubu “Neftçi”ni qəbul edəcək. Hər iki komanda mövsümdə ilk xalını qazanmaq üçün mübarizə aparacaq.

Günün son matçı Suraxanıda baş tutacaq. Ötən mövsümün mükafatçıları “Qarabağ” və “İnter” münasibətlərini aydınlaşdıracaq. Çempionlar Liqasında da uğurlu çıxışı ilə diqqət çəkən Ağdam təmsilçisi ardıcıl 2-ci qələbəsini qazanmaq, bununla da liderliyi qorumaq əzmindədi. Bakılılar isə xal hesabını açmaq üçün meydana çıxacaq. Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

II tur

19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Dalğa Arena”

20:00. “Qarabağ” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Azərsun Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə