İtaliya A seriyasının 4-cü turunun daha bir oyunu baş tutub. SİA-nın məlumatına görə, "Yuventus" klubu "Palermo"nu qəbul edib. Oyunda 4 qol qeydə alıb. Bu qollardan 3-nü qonaq komanda, 1-ni isə "Yuventus" vurub. Belə ki, "Palermo"nun futbolçusu Pastore erkən qolla komandasını irəli çıxarıb. O, 2-ci dəqiqədə rəqibi məyus edib. 62-ci dəqiqədə isə İlikik daha bir qol vuraraq komandasının 2-ci dəfə fərqlənməsinə səsəb olub. 85-ci dəqiqədə Bovonun vurduğu 3-cü qoldan 2 dəqiqə sonra isə meydan sahibləri rəqib qapısına yol tapa biliblər – İaquinta fərqlənib.
Beləliklə "Palermo" "Yuventus"u 1:3 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB