“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 avqust 2017-ci il tarixdə Bərdə rayonunda keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskiy, Qarabağ Regional Futbol Federasiyasının prezidenti Əliş Şərifov, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov, Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Rayon Cənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış ediblər. Onlar bildiriblər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.
Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB