Avropa Liqası: “Ayaks” və “Fənərbaxça” məğlub oldu

Avropa Liqası: “Ayaks” və “Fənərbaxça” məğlub oldu

Dünən UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Bu mərhələdə bir sıra maraqlı nəticələr qeydə alınıb. İtaliya nəhəngi “Milan” Makedoniyanın “Şkendija” klubuna heç bir şans verməyərək böyük hesablı qələbə qazanıb – 6:0. Günün diqqətçəkən nəticələrindən biri isə Amsterdamda qeydə alınıb. Avropa Liqasının son mövsümünün finalçısı “Ayaks” öz meydanında Norveçin “Rusenborq” klubuna uduzub – 0:1. Türkiyənin “Fənərbaxça” klubu gözlənilmədən Makedoniyada “Vardar”a məğlub olub – 0:2.

Günün digər qarşılaşmaları isə aşağıdakı kimi yekunlaşıb:

“Apollon” – “Middülland” – 3:2, “BATE” – “Oleksandriya” – 1:1, “Dinamo” (Zaqreb) – “Skenderbeu” – 1:1, “Krasnodar” – “Srvena Zvezda” – 3:2, “Nafnarfyordur” – “Braqa” – 1:2, “PAOK” – “Ostersund” – 3:1, “Viktoriya” (Plzen) – “AEK Larnaka” – 3:1, “Altax” – “Makkabi” (Təl-Əviv) – 0:1, “Ludoqorets” – “Suduva” – 2:0, “Panatinaikos” – “Atletik Bilbao” – 2:3, “Brügge” – “Aek” (Afina) – 0:0, “Domjale” – “Marsel” – 1:1, “Vitorul” – “Zaltsburq” – 1:3, “Legiya” – “Şerif” – 1:1, “Osiyek” – “Austriya” (Vyana) – 1:2, “Partizan” – “Videoton” – 0:0, “Everton” – “Hayduk” – 2:0, “Maritimo” – “Dinamo” (Kiyev) – 0:0.

Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə