"Torino"da yeni futbolçu

İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xəbərinə görə, Turin təmsilçisi "Roma"nın gənc hücumçusu Umar Sadiqi heyətinə qatıb. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Torino" 20 yaşlı nigeriyalı forvardı 1 mövsümlük icarəyə götürüb.

Qeyd edək ki, Sadiq geridə qalan mövsümü də "Bolonya"da icarədə keçirib. O, A Seriyasında 7 oyuna çıxsa da, qol vura bilməyib.

"Roma"nın yetirməsi Nigeriyanın U-23 yığmasının da şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə