"Real"ın Ronaldo ilə bağlı apellyasiya şikayəti rədd edildi

"Real"ın Ronaldo ilə bağlı apellyasiya şikayəti rədd edildi

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Kriştiano Ronaldonun cəzasının azaldılması ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komitə portuqaliyalı hücumçunun 5 oyunluq cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, "Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən Ronaldo 5 oyunluq cəzalandırılıb. Ona cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib. Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə