17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoldaşlıq oyununu keçirib. Qol.az-ın məlumatına görə, yığmamız Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ev sahibləri ilə ikinci matçına çıxıb.
Oyun komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Yeganə qolumuzu Turan Vəlizadə vurub. Qeyd edək ki, bu komandaların ilk oyunu qolsuz heç-heçə ilə başa çatmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB