Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Sumqayıt”la görüşdə xəsarət alan “Kəpəz”in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib.
SİA-nın məlumatına görə, rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir.
N.Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandır.
Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB