Azərbaycan - Türkiyə oyununa biletlərin daha bir satış məntəqəsi yaradılıb

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Türkiyə oyununa biletlərin daha bir satış məntəqəsi yaradılıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni satış məntəqəsi oyunun keçiriləcəyi stadionun qarşısında fəaliyyət göstərir.
Xatırladaq ki, biletləri Park Bulvar Alış-Veriş Mərkəzindəki satış məntəqələrindən və AFFA-nın Marketinq və Reklamlar Departamentindən də almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə