AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. SİA-nın məlumatına görə, E.Məmmədov Çempionlar Liqasının play-off mərhələsi cavab oyunları çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) - “Young Boys” (İsveçrə) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, matç avqustun 23-də Moskvadakı “ÇSKA Arena”da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB