Serbiya millisinin ilkin heyəti açıqlanıb

Serbiya millisinin ilkin heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Serbiya millisinin Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb. SİA-nın məlumatına görə, millinin heyətinə 16 oyunçu cəlb olunub.

Heyətə toppaylayıcılar - Ana Antoniyeviç, Boyana Jivkoviç, Sladyana Mirkoviç, hücumçular - Ana Bjelitsa, Tiyana Boskoviç, Slaçana Malaqurski, Brankitsa Mixayloviç, Tiyana Maleşeviç, Byanka Buşa, Boyana Milenkoviç, liberolar - Yelena Blaqoyeviç, Teodora Puşiç, blokçular - Milena Raşiç, Stefana Velkoviç, Yovana Stevanoviç və Mina Popoviç dəvət ediliblər.

Serbiya millisi avqustun 30-da çempionata hazırlığı yekunlaşdırıb, yoxlama matçlarına üstünlük verməyi planlaşdırır.

Bu komanda çempionatın qrup mərhələsini Göygöldə keçirəcək. Komanda Çexiya, Hollandiya və Belçika ilə birgə “D” qrupunda yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə