"Sivasspor"da yeni futbolçu

Türkiyənin "Sivasspor" klubu heyətinə yeni hücumçu qatıb. SİA xəbər verir ki, Sivas təmsilçisi Fil Dişi Sahilindən olan hücumçu Qohi Bi Siryakı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Siryak peşəkar karyerasına ölkəsinin "ASEC Mimozas" klubunda başlayıb. 2009-cu ildə o, Belçikanın "Standard" klubuna transfer olunub. 2012-ci ildə Qohi Bi bu ölkənin digər təmsilçisi "Anderlext"ə üz tutub. 2015-ci ildən isə o, Belçikanın "Ostende" klubunda forma geyinib. Bu il Siryak icarə əsasında İngiltərənin "Fulhem" klubunda da oynayıb.

"Sivasspor"un yeni transferi Fil Dişi Sahili yığmasında da oynayıb və 1 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə