ÇL-də pley-offun ilk oyunları keçirilib NƏTİCƏLƏR

ÇL-də pley-offun ilk oyunları keçirilib NƏTİCƏLƏR

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 5 matç keçirilib.

Günün ilk oyunu Bakıda baş tutub. “Qarabağ” Danimarka çempionu “Kopenhagen”i yeganə qolla üstələyib.

Ən çox maraq doğuran matçlardan biri Almaniyada keçirilib. "Böyük beşliy"in 2 təmsilçisi - "Hoffenhaym" və "Liverpul"un qarşıdurması ingilislərin qələbəsi ilə tamamlanıb.

Qeyd edək ki, pley-offun digər 5 matçı bu günə nəzərdə tutulub.

15 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyunlar

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen (Danimarka) 1:0
Qol:
Mahir Mədətov, 25

APOEL (Kipr) - "Slavia” (Çexiya) 2:0
Qollar:
de Kamarqo, 2, Aloneftis, 10

“Hoffenhaym” (Almaniya) - “Liverpul (İngiltərə) 1:2
Qollar:
Alexander-Arnold, 35 (0:1), Milner, 74 (0:2), Uth, 87 (1:2)

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumuniya) 0:0

“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya) 0:1
Qol:
Kasim, 90+2-avtoqol

16 avqust

22:45. "Başakşehir" (Türkiyə) - "Sevilya" (İspaniya)

22:45. "Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan)

22:45. "Hapoel" (Beer Şeva, İsrail) - "Maribor" (Sloveniya)

22:45. "Napoli" (İtaliya) - "Nitsa" (Fransa)

22:45. "Olimpiakos" (Yunanıstan) - "Riyeka" (Xorvatiya))

Bütün xəbərlər Facebook səhifəmizdə