“Qarabağ” “Kopenhagen”ə futbol dərsi keçdi!

“Qarabağ” “Kopenhagen”ə futbol dərsi keçdi!

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib. Qol.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”i sınağa çəkib.
Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək sərfəli nəticə qazanıb. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.


15 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

20:00. “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) - 1:0
Qol:
Mahir Mədətov, 25
Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə