“Qəbələ”dən ayrılan futbolçu Polşa klubuna keçib

“Qəbələ”dən ayrılan futbolçu Polşa klubuna keçib

“Qəbələ”dən ayrılan Xavi Ernandes Qonzalesin yeni klubu müəyyənləşib. Qol.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi karyerasını yenidən Polşada davam etdirəcək. 28 yaşlı futbolç “Krakoviya” ilə müqavilə imzalayıb. Xəbəri klubun rəsmi saytı yayıb. Qeyd edək ki, Xavi “Qəbələ”yə bu yay Polşanın "Qurnik Lençna” klubundan keçmişdi. O, “Qəbələ”nin heyətində bir oyuna çıxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə