"Qalatasaray" "Barselona"nın futbolçusu Arda Turanı bir mövsümlük icarəyə götürüb. SİA-nın xəbərinə görə, bu barədə "CNN Türk" məlumat yayıb. İki klub arasında bununla bağlı danışıqlar müsbət nəticələnib.
Türk futbolçunun İstanbul klubunda bir mövsüm üçün 5 milyon avro maaş alacağı bildirilir. Bu məbləğin 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək.
Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB