AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

14 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).

14 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Sumqayıt” – “Kəpəz” matçının 74-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Yusif Cəfərov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub (maddə 48).

14 avqust 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Zirə” – “Səbail” matçının 47-ci dəqiqəsində “Səbail” klubunun 85 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub (maddə 37.1).

Bütün xəbərlər Facebook səhifəmizdə