Dünya çempionatında yarışacaq güləşçilərimizin adları açıqlandı HEYƏTLƏR
Xəbər verdiyimiz kimi, güləş üzrə yığma komandalarımız Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına hazırlaşırlar. SİA-nın məlumatına görə, bu gün sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın mətbuat üçün açıq məşqi keçirilib. Məşqlərdə texniki və taktiki çalışmalara üstünlük verilib.
Daha sonra milli komandalarımızın dünya çempionatında mübarizə aparacaq heyətləri açıqlanıb. Sərbəst güləşçilərimiz mundialda 7 pəhləvanla təmsil olunacaqlar. Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi kollektivin heyətində Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb. 125 kq çəki dərəcəsində güləşən Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışa qatılmayacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamızın tərkibində isə dünya çempionatında 8 pəhləvan yarışacaq. Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətini (130 kq) komandamızın tərkibinə daxil edib.
Qeyd edək ki, dünya çempionatı avqustun 21-26-da baş tutacaq. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də qadın, 25-26-da isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB