Azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən dünya çempionatının qəlibi olması Böyük Britaniya mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Ramil Quliyevin qələbəsi ölkənin “Insidethegames.biz” idman portalı, “The Guardian” qəzeti və digər mətbuat orqanlarının diqqət mərkəzində olub.
Yazılarda qeyd edilir ki, təcrübəli atlet dünya çempionu olmaqla adını tarixə yazdırdı. Vurğulanır ki, Türkiyəni təmsil etməsinə baxmayaraq, idmançı öz ölkəsi olan Azərbaycanı unutmadı, çempion olduqdan sonra həm Türkiyənin, həm də Azərbaycanın bayraqları ilə dövrə vurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB