Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, bu barədə Albaniya mətbuatı xəbər yayıb. Son ölkə çempionu bu gün Raufla yanaşı yarımmüdafiəçi Ardit Pepoşinin də təqdimat mərasimini keçirib.
Qeyd edək ki, “İnter” rəhbərliyi Raufun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu və bu transferin mümkün olmadığını bildirirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB