"Qarabağ" klubunun Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen" bu gün Bakıya gələcək. SİA-nın məlumatına görə, komandanı gətirəcək təyyarənin saat 14:20-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir.
Danimarka təmsilçisinin axşam saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" görüşü sabah saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB