Dmitri Nazarovun komandası kubokla vidalaşıb

Dmitri Nazarovun komandası kubokla vidalaşıb

Futbol üzrə Almaniya kubokunda 2017/18 mövsümünün ilk mərhələsinin oyunları keçirilib. SİA-nın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" səfərdə "Vehen"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Bununla da “Aue” Almaniya kuboku ilə vidalaşıb.

Qeyd edək ki, start heyətdə meydana çıxan D.Nazarov sona qədər mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə