"Real" "Barselona"nı darmadağın etdi, Ronaldo meydandan qovuldu!

"Real" "Barselona"nı darmadağın etdi, Ronaldo meydandan qovuldu!

“Kamp Nou” stadionunda keçirilən "El Klassiko"da Madrid "Real"ı "Barselona"nı 3:1 hesabı ilə məğlub edib. Matçın 50-ci dəqiqəsində madridlilər hesabda irəli çıxıblar. J.Pike avtoqola imza atıb. Hücumlarının sayını artıran "Barselona" görüşün 77-ci dəqiqəsində istəyinə nail olub. Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə tarazlığı bərpa edib – 1:1. Bu qoldan üç dəqiqə sonra Kristiano Ronaldo komandasını hesabda irəli çıxardıb - 1:2.

Görüşün 82-ci dəqiqəsində Ronaldo qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb. Oyunda son nöqtəni isə 90 dəqiqədə Asensio qoyub. O, vurduğu qolla "Real Madrid"ə 3:1 hesablı qələbə qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə