“Zenit”in futbolçusu Julianonun “Fənərbaxça”ya keçidi rəsmiləşib. Bu barədə xəbəri İstanbul klubunun rəsmi saytı yayıb. Məlumatda qeyd olunur ki, braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Türkiyə klubu bu transfer üçün Sankt-Peterburq təmsilçisinə 7 milyon avro ödəyib.
Qeyd edək ki, Juliano ötən mövsüm “Zenit”in heyətində ümumilikdə 38 oyunda 17 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB